İŞİD liderliyinə namizəd məhv edilib

  29 Oktyabr 2019    Oxunub : 1613
İŞİD liderliyinə namizəd məhv edilib
ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının liderliyinə bir nömrəli namizədin məhv edildiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında məlumat paylaşıb.

“İndicə təsdiqlənib ki, Amerika hərbçiləri Əbu Bəkr əl-Bağdadinin yerinə bir nömrəli namizədi də öldürüblər”, - ABŞ lideri yazıb.

Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi oktyabrın 27-də ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.

Azvision.az

Teqlər: Tramp   İŞİD