Musiqiçi 250 minlik skripkanı qatarda unutdu

Musiqiçi 250 minlik skripkanı qatarda unutdu
  30 Oktyabr 2019    Oxunub:1257
Britaniyalı musiqiçi Stiven Morris qiyməti 250 min funt sterlinq olan antikvar skripkanı unudaraq London-Orpinqton elektrik qatarında qoyub.
Azvision.az xəbər verir ki, "The Guardian" nəşrinin yaydığı məlumata görə, 1709-cu ildə Devid Tekçler tərəfindən hazırlanmış skripka içərisində ustanın ad-familiyasının yazıldığı ağ futlyarda olub.

Musiqiçi hadisə barədə polisə məlumat verib. Polislər dərhal video-müşahidə kameralarının görüntülərinə baxmağa başlayıblar. Lakin hələlik musiqi alətini tapmaq mümkün olmayıb.

Qeyd edilib ki, Stiven Morris Böyük Britaniyanın bir neçə musiqi kollektivinə rəhbərlik edib. Həmçinin Kral filarmoniyası orkestrinin solisti olub.

Azvision.az



Teqlər: Britaniya   Musiqi   Skripka  





Xəbər lenti