Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlib

 Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlib
  30 Oktyabr 2019    Oxunub:2359
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.
Azvision.az Aİ-nin Bakıdakı nümayəndəliyinə istinadla xəbər verir ki, səfər iki gün davam edəcək.

Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə Avropa İttifaqı-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə dair məsləhətləşmələr aparılacaq.

Xatırladaq ki, Aİ nümayəndəsinin Bakıya sonuncu səfəri cari ilin iyun ayında baş tutub. Oktyabrın əvvəlində isə Klaar Ermənistana səfər edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:   Səfər   Klaar  





Xəbər lenti