Türkiyə Rusiyadan “Su-35” qırıcılarını alası olmadı

  30 Oktyabr 2019    Oxunub : 637
Türkiyə Rusiyadan “Su-35” qırıcılarını alası olmadı
Ankara Rusiyadan "Su-35" qırıcıları almağı planlaşdırmır.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar bəyan edib ki, Türkiyə beşinci nəsil "F-35" qırıcı-bombardmançı proqramında ABŞ-ın tərəfdaşı olaraq qalacaq, Rusiya təyyarələrinin alınması ilə bağlı iddialar isə həqiqətə uyğun deyil

Oktyabrın 25-də “Daily Sabah” nəşri öz mənbələrinə istinadən Moskva və Ankaranın "Su-35"-in tədarükü ilə bağlı razılaşma bağlamağa yaxın olduğunu yazıb. Məlumatda Türkiyənin Rusiyadan 36 təyyarə almağı planlaşdırdığı qeyd edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Rusiya