İsrailin Rusiyadakı səfirliyi işini dayandırdı

İsrailin Rusiyadakı səfirliyi işini dayandırdı
  30 Oktyabr 2019    Oxunub:2211
İsrailin Rusiyadakı səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib. Bildirilib ki, səfirliyə giriş bağlanıb, ziyarətçilərə heç bir xidmət göstərilməyəcək.
Buna səbəb İsrail Maliyyə Nazirliyinin diplomatların saxlanması xərclərini azaltmaqla bağlı qərarı olub.

"Təəssüf ki, İsrail Maliyyə Nazirliyi belə tədbirlərə əl atmaq məcburiyyətində qalmaqdan başqa bir seçim qoymur. Ümid edirik ki, vəziyyət yaxın gələcəkdə həll ediləcək", - açıqlamada vurğulanıb.

Bundan əlavə, bir sıra digər ölkələrdə də İsrail səfirliklərinin bağlanacağı gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Rusiya   Səfirlik  





Xəbər lenti