AP Ukraynaya erkən seçkilər keçirməyi tövsiyə edib
AzVision.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqdakı sessiyasında təsdiq edilmiş, o cümlədən Ukraynaya aid edilən "Vilnüs sammitinin nəticələri və "Şərq tərəfdaşlığı"nın gələcəyi" xüsusi qətnaməsində deyilir.
Qətnamədə deyilir ki, hakimiyyət legitimliyini təsdiq etməli olarkən erkən seçkilər demokratik dövlət üçün vəziyyətdən məqbul çıxış yoludur.
Bununla belə, Avropa parlamentariləri hansı seçkilərin (prezident, yaxud parlament) keçirilməsini dəqiqləşdirməyiblər.
Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri 2015-ci ilin əvvəlində, parlament seçkiləri isə 2017-ci ilin payızında baş tutmalıdır.
Teqlər: