Türkiyə və Rusiya Suriyada patrul xidmətinə başlayır

  30 Oktyabr 2019    Oxunub : 577
 Türkiyə və Rusiya Suriyada patrul xidmətinə başlayır
Noyabrın 1-dən Türkiyə Rusiya ilə birgə Suriyada patrul xidmətinə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, patrul xidməti Suriya-Türkiyə sərhəddinin yeddi kilometr dərinliyində aparılacaq.

"Bu həftənin cümə günündən ruslarla patrul xidmətinə başlayacağıq", - deyə Ərdoğan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Rusiya