Bağdadinin məhv edildiyi an: Pentaqon görüntüləri yaydı - (VİDEO)

Bağdadinin məhv edildiyi an:  Pentaqon görüntüləri yaydı -  (VİDEO)
  31 Oktyabr 2019    Oxunub:5042
Pentaqon İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın görüntülərini yayıb.

Azvision.az xəbər verir ki, görüntülər Ağ Evdə keçirilən mətbuat konfransı zamanı təqdim olunub.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenze deyib ki, tutulmasının qaçılmaz olduğunu gördükdə əl-Bağdadi bombanı işə salıb, özünü və iki uşağı partladıb. Uşaqlar 12 yaşa qədər olub.
General əl-Bağdadinin tuneldə gizlənməyə çalışdığını təsdiqləyib. Bildirib ki, hətta o, partlayışdan əvvəl tuneldən atəş açmağa çalışıb.



Qısa videoda ABŞ-ın terrorçuya məxsus olduğunu təsdiqlədiyi bina göstərilir. Görüntülərdə binanın iki tərəfdən insanlarla necə əhatə olunduğu əks olunub.

"Burada Bağdadinin gizləndiyi bir obyekt görürük. Əvvəl qeyd etdiyim kimi, bu təcrid olunmuş obyekt Suriyanın şimal-qərbindəki İdlib əyalətində yerləşirdi", - deyə Makkenze bildirib.

Generalın sözlərinə görə, videoda yaraqlıların Amerika qüvvələrinə necə atəş açdığı görünür. Makkenze əlavə edib ki, DNT analizi əl-Bağdadinin məhv edilməsi faktını tamamilə təsdiqləyib. Onun qalıqları isə dənizə atılıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: İŞİD   Bağdadi  





Xəbər lenti