Türkiyə 18 suriyalı hərbçini Rusiyaya təhvil verib

Türkiyə 18 suriyalı hərbçini Rusiyaya təhvil verib
  01 Noyabr 2019    Oxunub:1589
Türkiyə Suriyanın şimalındakı əməliyyatlar zamanı ələ keçirilmiş 18 suriyalı hərbçini Rusiyaya təhvil verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Rasulayn şəhərinin cənub-şərqində aparılan axtarış, kəşfiyyat və hərbi tədbirlər nəticəsində Suriya rejiminin 18 elementi Rusiya tərəfinə verildi”, - deyə məlumatda bildirilib.

Daha əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar 18 suriyalı əsgərin Rusiyaya verilməsi ilə bağlı danışıqlar aparıldığını demişdi. Onlardan ikisinin yaralı olduğu və tibbi yardım aldığı qeyd edilib

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti