Rusiya Suriyaya əlavə hərbi kontingent göndərib

Rusiya Suriyaya əlavə hərbi kontingent göndərib
  01 Noyabr 2019    Oxunub:2125
Rusiya Suriyanın şimalına əlavə olaraq 300 nəfər və 20 yeni zirehli maşın yerləşdirib.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın hərbi polisi bu gündən Türkiyə tərəfi ilə birlikdə Suriyanın sərhəd bölgələrində patrul xidmətinə başlamalıdır.
Qeyd olunub ki, Rusiya hərbi polisi gün ərzində azı 10 yaşayış məntəqəsindən keçəcək. Bu məqsədlə birgə nəzarət marşrutları hazırlanır.

Xüsusi yerlərdə Rusiyaya məxsus “Tiqr” zirehli avtomobilləri türk karvanını qarşılayacaq, sonra marşrut üzrə hərəkətə başlayacaq. Hər nəzarət nöqtəsində hesabat veriləcək.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə aparılmış danışıqların nəticəsi olaraq 10 bənd üzrə anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, Rusiya və Türkiyə hərbçiləri Suriya ilə sərhəd ərazilərdə birgə patrul xidməti həyata keçirəcək.

Tərəflər, həmçinin 150 saat ərzində Suriya-Türkiyə sərhədindən 30 kilometr məsafədə kürd qoşunlarının çıxarılması barədə razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Suriya  





Xəbər lenti