Çavuşoğlu ilə Pompeo arasında “erməni soyqırımı” müzakirəsi
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni müzakirə ediblər.
Xatırladaq ki, oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Buna cavab olaraq ABŞ-ın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan isə bu ay Vaşinqtona planlaşdırılan səfərinin sual altında olduğunu bəyan edib.
Pərvanə Sultanova
Azvision.az