Yevlaxın yeni icra başçısı kollektivə təqdim olundu

 Yevlaxın yeni icra başçısı kollektivə təqdim olundu
  01 Noyabr 2019    Oxunub:7286
Yevlax Şəhər İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev kollektivə təqdim olunub.

Azvision.az -ın məlumatına görə, icra başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Anar Aqil oğlu Tağıyev təyin edilib.

A.Tağıyev bu təyinatadək Nəsimi rayon icra hakimiyyəti başçısının müavini olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Yevlax   İcra   AnarTağıyev  





Xəbər lenti