Avropa Komissiyasından Ermənistana 25 mln. avro

Avropa Komissiyasından Ermənistana 25 mln. avro
  13 Dekabr 2013    Oxunub:937
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” inteqrasiya və əməkdaşlıq proqramı çərçivəsində Moldova, Gürcüstan və Ermənistan üçün 87 mln. avro həcmində əlavə vəsait ayırıb.

AzVision.az “Novosti Armenii” saytına istinadən verdiyi xəbər verir ki, qeyd olunan vəsait kənd tipli yaşayış məntəqələrində iqtisadi imkanların artırılması ilə bağlı layihələrə, enerji sahəsində islahatların həyata keçirilməsinə, əmək bazarında idarəçiliyin yaxşılaşmasına və sair layihələrə yönələcək.

Ayrılan vəsaitlərin ümumi həcmi 87 milyon avro təşkil edir: Moldova – 35 mln., Gürcüstan – 27 mln., Ermənistan – 25 mln. avro.


Teqlər:  





Xəbər lenti