Əsəd Trampı ABŞ-ın ən yaxşı prezidenti adlandırdı

Əsəd Trampı ABŞ-ın ən yaxşı prezidenti adlandırdı
  01 Noyabr 2019    Oxunub:1514
Suriya prezidenti Bəşər Əsəd Donald Trampı ABŞ tarixində ən yaxşı prezident adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.

Əsəd bu cür qiymətləndirməni Trampın əsl niyyətlərini gizlətməyə çalışmaması, açıq şəkildə bəyan etməsi ilə izah edib.

“Amerika prezidenti birbaşa deyir: "biz neft istəyirik", "kimdənsə xilas olmaq istəyirik", "pul müqabilində xidmətləri təmin etmək istəyirik", - deyə Suriya lideri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bəşər-Əsəd   Suriya   ABŞ   Tramp  





Xəbər lenti