Rusiyada “Lotu Quli”yə yeni cinayət işi açıldı

 Rusiyada “Lotu Quli”yə yeni cinayət işi açıldı
  01 Noyabr 2019    Oxunub:3033
Cinayət aləmində "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifova Rusiya Federasiyası Cinayət Məcəlləsinin "cinayət iyerarxiyasında daha yüksək mövqe tutma" maddəsi ilə yeni cinayət işi açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, Səlifov öz nüfuzundan istifadə edərək paytaxt Moskvada, Rusiyanın digər bölgələrində və xaricdə kriminallara rəhbərlik edib.

Bəzi məlumatlara əsasən, "Lotu Quli" digər kriminal avtoritetlərin tələbi ilə Türkiyədən qaçaraq Qətər ərazisində gizlənə bilər.

Daha əvvəl isə bildirilirdi ki, Azərbaycandan olan bir qrup “qanuni oğru” Nadir Səlifovu Rusiyadakı obyektlərindən qovub, hətta onu təhdid ediblər.

Hazırda Səlifovun Qətərdə olduğu ehtimal edilir. O, həbs edilərək Rusiyaya ekstradisiya olunacağı təqdirdə, 15 ilə qədər həbs cəzası ala bilər.

Yeri gəlmişkən, İspaniyaya təhvil verilmiş "qanuni oğru" Tariel Onianinin (Taro) Gürcüstana deportasiyası gözlənilirdi. Ancaq təhlükəsizlik qüvvələri onun Səlifovla birləşib "kriminal müharibəyə" başlaya biləcəyindən ehtiyat etdiyi üçün Taronun İspaniyanın hüquq-mühafizə orqanlarına verilməsi qərara alınıb. Orada Taronu uzunmüddətli həbs cəzası gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Lotu-Quli  





Xəbər lenti