Rusiyada tankerdə partlayış olub, iki nəfər ölüb

Rusiyada tankerdə partlayış olub,  iki nəfər ölüb
  02 Noyabr 2019    Oxunub:1699
Rusiyanın Primorsk diyarının Naxodka şəhərinin sahillərində “Amerika Körfəzi” tankerində baş verən partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb.
Azvision.az xəbər verir ki, bu barədə TASS-a şəhər limanının təcili xilasetmə bölməsindən məlumat verilib.

Qeyd olunub ki, gəminin 9 ekipaj üzvü olub. Qəza bölgəsinə iki xilasetmə gəmisi göndərilib. Dalğıclar itkin düşən dənizçinin axtarışına hazırlaşır.

Partlayışdan sonra gəmidə yanğın olduğu bildirilir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Partlayış   Gəmi  





Xəbər lenti