İnterpolun axtardığı İŞİD-çi qadınlar Türkiyədə tutuldu

  02 Noyabr 2019    Oxunub : 552
İnterpolun axtardığı İŞİD-çi qadınlar Türkiyədə tutuldu
Türkiyənin Kilis bölgəsində iki qadın şübhəli şəxs qismində saxlanılıb.
Azvision.az xəbər verir ki, onlar saxlanılarkən yanlarında 3 azyaşlı uşaq olub.

Müəyyən edilib ki, Rusiya vətəndaşı olan qadınlar İŞİD terror qruplaşmasının üzvü kimi İnterpol tərəfindən axtarışda olublar və Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Türkiyə   İŞİD   Terror