Malayziya Avropa Birliyinə xəbərdarlıq edib

Malayziya Avropa Birliyinə xəbərdarlıq edib
  02 Noyabr 2019    Oxunub:1370
Malayziya palma yağı ixracını məhdudlaşdırmaq planları ilə əlaqədar Avropa istehsalçılarından imtina edərək Rusiya təyyarələrini almağa hazırdır.
Azvision.az xəbər verir ki, bunu Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad bildirib. Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasının (ASEAN) iş və investisiya sammitində çıxış edən Baş nazir Avropa Birliyini tənqid edib:

“Əgər idxalı azaldsanız və ya məhdudlaşdırsanız, eyni tədbirləri biz də görəcəyik və mallarınızı almayacağıq. Biz sizin ( Red - Avropa Birliyi) təyyarənizi deyil, Rusiya təyyarələrini alacağıq”.

Qeyd edək ki, ABŞ artıq bu ildən etibarən marqarin və palma yağından imtina edir, Avropa isə idxalı məhdudlaşdırmağı planlaşdırır. Palma yağının istehsalının 85 faizi Malayziya və İndoneziyanın payına düşür.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Yağ   Palma   Malaziya  





Xəbər lenti