Obamanı zəhərləmək istədiyini etiraf etdi

Obamanı zəhərləmək istədiyini etiraf etdi
  13 Dekabr 2013    Oxunub:1272
Aktrisa Şennon Qess Riçardson zəhəri şəxsən hazırladığını bildirib.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Şennon Qess Riçardson ABŞ prezidenti Barak Obama və Nyu-York meri Maykl Blumberqə zəhərli məktublar göndərdiyini etiraf edib. Bundan əlavə, o, məktubların üzərindəki Ritsin toksik maddəsini də ev şəraitində necə hazırladığını istintaqa nəql edib.

Texas ştatının Teharkana Federal məhkəməsində keçirilən prosesdə Riçardson törətmək istədiyi cinayət əməlində bütün şübhələrin həyat yoldaşının üzərinə keçirmək istədiyini də etiraf edib. Əgər o, məhkəmə tərəfindən günahkar bilinərsə, onu ömürlük həbs cəzası gözləyir. Lakin istintaqla əməkdaşlıq nəzərə alındığı halda Riçardsonu 18 ilə qədər həbs gözləyir.




Xatırladaq ki, 36 yaşlı Şennon Qess Riçardson aktrisalıqla məşğuldur və “Vampir Gündəlikləri”, “Gəzən Ölülər2” kimi seriallarda ikinci dərəcəli rollar ifa edib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti