Suriyada terror aktı törədilib, 13 nəfər ölüb

Suriyada terror aktı törədilib, 13 nəfər ölüb
  03 Noyabr 2019    Oxunub:1250
Suriyanın şimalında yerləşən Tel Abyad qəsəbəsində partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb, 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.

Azvision.az


Teqlər: Suriya   Terror  





Xəbər lenti