Kabalye Qarabağı “xristian adası” elan etdi
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, dünyaca məşhur ispan opera müğənnisi Monserrat Kabalye Parisdə növbəti albomunun təqdim edib. Yeni albomunu Kabalye ermənilərə həsr edib. Albomun adı “Ermənistan və Artsax (Dağlıq Qarabağ) Xristianlıq adası”dır. Albomun Parisdəki təqdimetmə mərasimində “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyan da iştirak edib. Bako Saakyan çıxışında bildirib ki, Monserrat Kabalye bəşəriyyəti xristianlıq dəyərlərini qoruyub saxlamağa çağırmaqla yanaşı, Ermənistanın, eləcədə Dağlıq Qarabağı dünyaya tanıtdırır. Bu xidmətlərinə görə Saakyan ispan müğənniyə təşəkkürlərini bildirib.
Mərasimdə həmçinin, bütün ermənilərin Katolikosu II Qaregin, Artsax yeparxiyasının arxiyepiskopu Parqev Martirosyan, Ermənistanın İsveçrə və Fransadakı səfirləri , şanson ifaçısı Şarl Aznavur və Viqen Çiteçyan, Böyük Britaniya Lordlar Palatasının baronessa Kerolyan Koks, Fransa parlamentariləri, “Dağlıq Qarabağ və Ermənistan rəsmiləri, dünya ulduzları və erməni diasporunun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Monserrat Kabalye 2013-cü il iyunun 4-də Dağlıq Qarabağı qanunsuz səfər etdiyinə görə Azərbaycanda “Arzuolunmaz şəxs” elan olunub.
AzVision.az