“Azərbaycan hələ də Ermənistanın hərbi təcavüzü ilə üzləşir” - XİN rəhbəri

  04 Noyabr 2019    Oxunub : 936
“Azərbaycan hələ də Ermənistanın hərbi təcavüzü ilə üzləşir” - XİN rəhbəri
Beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləyərkən, Azərbaycan hələ də Ermənistanın davamlı hərbi təcavüzü ilə üzləşir, bu təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı ilə nəticələnib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı zamanı deyib.

XİN rəhbəri bildirib ki, nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, çoxsaylı tarixi, mədəniyyət və dini abidələrimiz məhv edilib: “Münaqişənin ilk günlərindən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərərək, yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb. Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir və ölkəmin davamlı inkişaf üçün bütün potensialından istifadə səylərini sarsıdır”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Qarabağ   Məmmədyarov