Tramp Rusiya ilə münasibətlərdən danışıb

Tramp Rusiya ilə münasibətlərdən danışıb
  04 Noyabr 2019    Oxunub:1037
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə çox yaxşı münasibətlərinin olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Amerika lideri, həmçinin onun Ukrayna və Çin ilə də münasibətlərinin "çox yaxşı" olduğunu qeyd edib.

"İnsanlar başa düşmürlər, mən yaxşı yola gedə bilərəm”, - deyə Tramp vurğulayıb.

Bundan əvvəl, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Trampın "Rusiya ilə dil tapmaq” vədindən başqa, bütün təşviqat vədlərini yerinə yetirdiyini söyləyib və onu bu məqama diqqət yetirməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Rusiya  





Xəbər lenti