İordaniya Azərbaycana yeni səfir təyin edib

  04 Noyabr 2019    Oxunub : 742
İordaniya Azərbaycana yeni səfir təyin edib
İordaniya Haşimilər Krallığı Azərbaycana yeni səfir təyin edib.

Azvision.az -ın məlumatına görə, yeni səfir Sami Qoşehdir. O, artıq Bakıya gəlib. Diplomat yaxın günlərdə etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, İordaniyanın Azərbaycanda əvvəlki səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehin diplomatik missiyası bu ilin iyul ayında başa çatıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İordaniya   Səfir