Moskvada qarətçi erməni öldürülüb

Moskvada qarətçi erməni öldürülüb
  13 Dekabr 2013    Oxunub:1322
Qanuni oğru Rezo Buxnikaşvilinin başçılıq etdiyi erməni, gürcü və taciklərdə ibarət cinayətkar qrup zərərsizləşdirilib.
AzVision.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, Moskvanın mərkəzində polislər çağırış yerinə gəldikləri zaman atəşə məruz qalıblar.

Mənzili qarət etməyə çalışan cinayətkar dəstə polisə ciddi müqavimət göstərib. Nəticədə 1 nəfər cinayətkar öldürülüb, 2 nəfər isə xəsarət alıb. Əməliyyat zamanı 2 polis əməkdaşı da güllə yarası alıb. Aparılan araşdırmalar zamanı polislə atışmaya girən dəstənin başında gürcü mənşəli “qanuni oğru”, dəfələrə mühakimə olunan Rezo Buxnikaşvili dayandığı məlum olub. Hazırda həbsdə olan və “Kutaisi” cinayətkar qruplaşmasının başçısı Tariel Onianinin yaxın çevrəsindən olduğu bildirilən Buxnikaşvilinin dəstəsində Gürcüstan, Tacikistan və Ermənistan vətəndaşlarının olduğu bildirilir.

Hadisə nəticəsində öldürülən şəxsin Ermənistan vətəndaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti