ABŞ Azərbaycanın terrorla mübarizəsini yüksək qiymətləndirdi

ABŞ Azərbaycanın terrorla mübarizəsini yüksək qiymətləndirdi
  04 Noyabr 2019    Oxunub:1638
Azərbaycan hökuməti 2018-ci ildə quru və dəniz sərhədləri daxilində, eləcə də Cənubi Qafqazda insan, pul və materialları daşımaq üçün terror səylərinin aşkarlanmasında, qarşısının alınmasında fəal işləyib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünya ölkələri üzrə terrorçuluğa qarşı mübarizəyə dair 2018-ci il hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısını almaq üçün əməliyyatlar həyata keçirib, şübhəli bilinənlər tutularaq məsuliyyətə cəlb edilib. Terror qruplaşmalarına qoşulmaqda və onları maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlılar geri döndükdən sonra isə mühakimə ediliblər.

Bundan əlavə, hesabatda 2018-ci ildə Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik xidmətlərinin bir neçə potensial terror hadisəsinin qarşısını aldığı qeyd olunub. Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanda terror aktı baş verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Terror   Azərbaycan  





Xəbər lenti