#BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir

  04 Noyabr 2019    Oxunub : 618
#BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir
Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə #BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verir.
Nazirlikdən Azvision.az -a bildiriblər ki, ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, Vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur.

Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.

Azvision.az

Teqlər: Təhsil   Bayraq