İraqda polis etirazçılara atəş açıb - Ölənlər var

İraqda polis etirazçılara atəş açıb -   Ölənlər var
  04 Noyabr 2019    Oxunub:1397
İraqın paytaxtı Bağdadda etiraz aksiyaları davam edir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları aksiyanın qarşısını almaq üçün nümayişçiləri atəşə tutub. İnsident nəticəsində azı beş nəfər ölüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, oktyabrın 1-dən başlayaraq İraqda etiraz aksiyaları keçirilir. Sakinlər həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, o cümlədən korrupsiya ilə mübarizədə problemlərin həllini tələb edirlər.

Azvision.az



Teqlər: İraq   Aksiya   Bağdad  





Xəbər lenti