Aktyor tamaşa zamanı səhnədə öldü

 Aktyor tamaşa zamanı səhnədə öldü
  05 Noyabr 2019    Oxunub:1849
Rusiyalı aktyor Andrey Semyonov tamaşa zamanı dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, aktyor teatrda “Çox sadə bir hekayə” adlı tamaşada çıxış edərkən anidən halı pisləşib. Onun həyatını xilas etmək mümkün olmayb. Aktyorun qan laxtalanması səbəbindən öldüyü bildirilir.

Xatırladaq ki, Semenov ilk dəfə 1992-ci ildə Nikolay Qoqolun “Evlənmə” pyesində səhnəyə çıxıb. Sənətçi 30-dan çox tamaşada rol alıb.

Azvision.az



Teqlər: Aktyor   Səhnə   Tamaşa  





Xəbər lenti