Misirdə kütləvi aksiyalar gözlənilir

Misirdə kütləvi aksiyalar gözlənilir
  13 Dekabr 2013    Oxunub:1147
Ölkədə təhlükəsizlik olduqca aşağı səviyyədədir
Misirdə müvəqqəti hökumət əleyhdarları cümə namazından sonra kütləvi aksiyalar keçirəcəklərini deyib.

AzVision.az əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, bu gün cümə namazından sonra Misirin müxtəlif əyalətlərində kütləvi aksiyaların keçirilməsi gözlənilir.

Ölkədə gedən son aksiyalara hətta islamçılardan əlavə sekulyar qüvvələr də qatılıb. Misir müxalifətinin “Altı Aprel” hərəkatında müvəqqəti hökumətin aksiyalarla bağlı qərarına etiraz edəcəklərini bəyan edib.

Ölkədə təhlükəsizlik vəziyyəti də acınacaqlı olaraq qalır. Dünən axşam terrorçular əl-İsmailiyyədə ordunun hərbi qərargahını minalanmış maşınla hədəfə alıblar. Partlayış nəticəsində, iki hərbiçi ölüb və 12 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti