İşdən çıxarılan 11 generaldan birinə qarşı 100 milyonluq ittiham

  05 Noyabr 2019    Oxunub : 909
 İşdən çıxarılan 11 generaldan birinə qarşı 100 milyonluq ittiham
Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin 11 generalını işdən azad edib.
Azvision.az xəbər verir ki, bununla bağlı Rusiyanın dövlət başçısı fərman imzalayıb. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinin 6, Daxili İşlər Nazirliyinin 4, İstintaq Komitəsinin isə 1 generalı işdən çıxarılıb.

Onların arasında 100 milyon rubl dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin İctimai asayişin qorunması Baş İdarəsi rəhbərinin birinci müavini, general-mayoru Aleksandr Melnikov da var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Putin