Türkanda 1000-dən çox abonent qazsız qalıb

Türkanda 1000-dən çox abonent qazsız qalıb
  05 Noyabr 2019    Oxunub:1385
Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000-dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Təqribən saat 17:00 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti