Ərdoğan “Türk axını”nın açılışında iştirak edə bilər
Diplomat deyib ki, bu il “Türk axını” layihəsinin istifadəyə verilməsi planlaşdırılır. Açılış mərasimində Türkiyədən Rusiyaya yüksək səviyyəli ziyarət həyata keçirilə bilər. O, Prezident Ərdoğanın mərasimə qatıla biləcəyini istisna etməyib.
“Türk axını” layihəsi hər birinin gücü 15,75 milyard kubmetr olan iki xətdən ibarətdir. Birinci xətt Rusiya qazının Türkiyə istehlakçılarına, ikincisi isə Avropanın cənub və cənub-şərq ölkələrinə qaz təchizatı üçün nəzərdə tutulub.
Boru kəmərinin istifadəyə verilməsi 2019-cu ilin sonuna planlaşdırılır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ərdoğan Türkiyə Prezident