Kliçko dövlətə xəyanətdə ittiham olundu

 Kliçko dövlətə xəyanətdə ittiham olundu
  06 Noyabr 2019    Oxunub:1405
Ukraynanın Milli Antikorrupsiya Bürosu Kiyev meri Vitali Kliçko və onun iki müavininə qarşı dövlətə xəyanət və mənimsəmə maddəsi ilə cinayət işi açıb.
Azvision.az bu barədə Ukrayna mətbuatına istinadla xəbər verir.

Bundan əvvəl Kiyev şəhər məclisinin deputatları Kliçkonu Şulyavski körpüsünün yenidən qurulması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəsait oğurlamaqda şübhəli bilmişdilər. Şikayətdə deyilir ki, Kliçko şəhər adminstrasiyasının digər üzvləri və "Kiyevin Yol Nəqliyyat Təsisatları İnkişafı” idarəsinin vəzifəli şəxsləri ilə birlikdə büdcə vəsaitlərini həddindən artıq miqdarda istifadə edə bilər.

Məhkəməyə Ukraynanın Milli Antikorrupsiya Bürosundan Kliçko və müavinlərinin dövlətə xəyanət, torpaqların icazəsiz zəbt edilməsi, özbaşna tikintilər, yaşayış və qeyri-yaşayış sahələrinin icazəsiz yenidən qurulması barədə də şikayətlər daxil olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Kliçko   Cinayət  





Xəbər lenti