Yanukoviç müxalifət liderləri ilə görüşür

Yanukoviç müxalifət liderləri ilə görüşür
  13 Dekabr 2013    Oxunub:1380
AzVision.az Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Viktor Yanukoviç ölkənin siyasi böhrandan çıxarılması üçün dəyirmi masa ətrafında Ukrayna müxalifəti ilə görüşüb.
“Vətən” partiyasının sədri Arsen Yaçenyuk, “Azadlıq” partiyasından Oleq Tyaqnibyuk və “Udar” partiyasından Vitali Kliçko görüşə qatılıblar.

Bundan əlavə, keçmiş Ukrayan prezidentləri Viktor Yuşşenko, Leonid Kuçma və Leonid Kravçuk da görşüdə iştirak edirlər.

Görüşdən öncə tələbələr qarşısında çıxış edən Yanukoviç kütləvi iğtişaşlarla bağlı həbs olunan bütün həbs olunanların azadlığa buraxılmasını təklif edib. Tələbə ittifaqlarının fəalları ilə görüşən Yankoviç “Mənim fikrimcə, biz bu səhifəni çevirməliyik və amnistiya elan etməliyik”,- deyə gənclərə müraciət edib.

Tələbə ittifaqlarının liderlərinə müraciət edən Yanukoviç hər kəsi onun qərarını dəstəkləməyə çağırıb. Bundan əlavə, Yanukoviç Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilənin hazırlanmaslında iştirak edən məmurların vəzifələrindən gedəcəyini bildirib: “Bu insanlar AB ilə yeni razılaşmanın imzalanmasından dəqiq uzaqlaşdırılacaq və hətta vəzifələrindən də qovula bilərlər”.

Vüqar / AzVision.az


Teqlər:  





Xəbər lenti