Ərdoğan və Tramp Vaşinqtonda görüşəcək

  07 Noyabr 2019    Oxunub : 613
Ərdoğan və Tramp Vaşinqtonda görüşəcək
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Prezidentlər telefon danışığı zamanı noyabrın 13-də Vaşinqtonda görüşəcəklərini təsdiqləyiblər.

"Prezident Ərdoğan ABŞ lideri Donald Trampla telefonla danışdı. Hər iki lider noyabrın 13-də Vaşinqtonda görüşəcəklərini təsdiqləyiblər. Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional problemlər də müzakirə olunub”, - deyə məlumatda bildiriib.

Daha əvvəl Ərdoğan Trampla telefon danışığının nəticəsindən asılı olaraq ABŞ-a səfərinə dair yekun qərar verəcəyini bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Tramp   Türkiyə   Ərdoğan