“Terrorçuların çıxarılacağına söz verənlər bunu etmədi” - Ərdoğan

 “Terrorçuların çıxarılacağına söz verənlər bunu etmədi” -  Ərdoğan
  07 Noyabr 2019    Oxunub:1865
Biz ABŞ-a səfərin faydalı olub-olmayacağını müzakirə etdik və dünən axşam Donald Trampla telefon danışığından sonra getmək qərarını verdim.

Azvision.az xəbər verir ki, bunu Macarıstana səfərdən əvvəl jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ səfəri fərqli bir dönəmdə, “Barış pınarı” əməliyyatı zamanı həyata keçirilir.
“Burada ABŞ-ın da təsiri var. Birləşmiş Ştatlar bölgəyə silah-sursat göndərib. Belə məsələləri telefonda deyil, üz-üzə müzakirə etmək daha vacibdir. Ona görə də görüşmək qərarını verdik. 120 saat ərzində YPG/PYD, İŞİD və PKK terrorçularının geri çəkiləcəyinə dair bizə söz verənlər bunu gerçəkləşdirmədilər. Rusiya ilə razılaşmadan 150 saat keçdi, o bölgələrdən də terrorçular çıxmayıb.

Biz bütün terroçuların çıxarılması ilə bağlı anlaşmışdıq. İndi terrorçular Suriya Milli Ordusuna hücum edir və eyni şəkildə cavablarını alırlar. Bu gün səhər Suriya Milli Ordusu 11 şəhid verib, qarşı tərəfdən ölənlər daha çoxdur. Onlar bu hücumları edəndə bizim ordu da, Suriya ordusu da səssiz qalmır. Biz bunun cavabını verməliyik ki, mübarizəni başa çatdıraq. Ona görə də ən zor şərtlərdə belə görüşləri keçirməliyik. Mənimlə olmasa belə, nümayəndələrimlə görüşlər olmalıdır”, - deyə Ərdoğan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Suriya  





Xəbər lenti