Su təchizatına investisiya ayrılacaq

Su təchizatına investisiya ayrılacaq
  14 Dekabr 2013    Oxunub:1396
AİB Azərbaycanda su təchizatı üzrə investisiya proqramının III tranşını təsdiq edib.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı və kanalizasiya sistemi üzrə 600 milyon dollar dəyərində investisiya proqramının multitranş maliyyələşdirilməsinin III tranşını təsdiq edib. AzVision.az xəbər verir ki, bu barədə AİB-in yaydığı məlumatda deyilir.

150 milyon dollar həcmində III tranşın vəsaitləri hesabına Ağcabədi şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işləri, həmçinin əvvəlki layihələrin şamil edilmədiyi Naxçıvan ərazisində işləri görmək nəzərdə tutulub.

Qeyd edək ki, multitranş paketi 2009-cu ilin sentyabrında qəbul edilib.


Teqlər:





Xəbər lenti