Burada yeraltı nəqliyyatın incəlikləri öyrədilir - FOTOREPORTAJ
Mərkəz hissədə metro qatarını xatırladan 8 vaqon-guşə yaradılıb. Metropoliten infrastrukturunun bütün əsas sahələrini özündə ehtiva edən bu guşələr müasir texnoloji tələblər səviyyəsində biliklərə və praktiki vərdişlərə yiyələnməyin ideal məkanıdır.
Həmçinin tədris prosesinin daha canlı və dərindən mənimsənilməsi məqsədilə xüsusi sifarişlə hazırlanmış və hər sahənin özəlliklərini əks etdirən 18 maket və 100-dən artıq əyani-praktiki vəsait tədris prosesini istehsalat şəraitinə maksimum yaxınlaşdırıb.
Burada hər sahəyə xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, eləcə də elektron imtahan otağı da var.
Belə ki, burada ən əhəmiyyətli texnoloji yeniliklərindən biri qatar trenajorudur. Trenajor tam interaktiv şəkildə metro xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib. Proqram təminatında Bakı metrosunun özəllikləri ilə yanaşı, qatar maşinistinin bütün təlimat tapşırıqları, qəza vəziyyətləri də yer alıb.
FOTO: Şahin Sərdarov
Azvision.az