Azərbaycanla Malayziya arasında birbaşa reys açıla bilər - ÖZƏL

  12 Noyabr 2019    Oxunub : 1604
 Azərbaycanla Malayziya arasında birbaşa reys açıla bilər - ÖZƏL
Azərbaycanla Malayziya arasında birbaşa hava reysinin açılmasına dair müzakirələr aparılır.
Bu barədə Azvision.az -a müsahibəsində Malayziyanın Azərbaycandakı yeni səfiri Dato Yubazlan bin Yusof deyib. Onun sözlərinə görə, birbaşa reysin açılması turist axınına səbəb ola bilər.

“Malayziyalılar səfər etməyi xoşlayırlar. Lakin birbaşa hava reysi olmadığına görə Azərbaycana səfər edən malayziyalıların sayı çox deyil. Reysin açılması insanlarımızın bir-birini daha yaxından tanıması, o cümlədən biznes dairələri arasında əlaqələrin inkişafına səbəb ola bilər. Biz ümid edirik ki, tezliklə bu istiqamətdə danışıqları yekunlaşdıra biləcəyik”, - deyə diplomat vurğulayıb.

Səfir əlavə edib ki, viza prosesinin sadələşdirilməsinə dair də müzakirələr aparılır: “Azərbaycanlılar Malayziyaya vizasız səfər edirlər. Lakin Malayziyadan Azərbaycana gəlmək üçün viza tələb olunur. Biz bununla bağlı müzakirələrə başlamışıq”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Malayziya