“Satınalmalarla bağlı tenderler düzgün keçirilmir” - Deputat

 “Satınalmalarla bağlı tenderler düzgün keçirilmir” -  Deputat
  12 Noyabr 2019    Oxunub:2035
"Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Bu sahədə əsaslı vəsait qoyuluşuna daha geniş imkan yaradılmalıdır".
Azvision.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qeyri-neft sektorunun inkişafında imkanlar həddən artıq böyükdür: "Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul xaricə ixrac olunub. Biz həmin sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. Yeni iqtisadiyyat naziri bu müəssisələrin daha 3 il müddətinə vergidən azad edilməsini təklif edir. Məncə, 7 il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər. Bu, çox ciddi məsələdir və Azərbaycan hökumətinə bu məsələnin üzərində işləməyi təklif edirəm”.

Deputat qeyd edib ki, satınalmalarla bağlı tenderler düzgün keçirilmir: "Hətta burada korrupsiya faktları da aşkarlanıb. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Bununla yanaşı hesab edirəm ki, hökumət gəlir deklarasiyası ilə bağlı sənədi hazırlayıb təqdim etməlidir, o cümlədən maliyyə amnistiyası da ciddi məsələ olaraq qalır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Büdcə  





Xəbər lenti