Nazir müavi müəllim və şagirdlərlə görüşüb

Nazir müavi müəllim və şagirdlərlə görüşüb
  14 Noyabr 2019    Oxunub:2328
Noyabrın 13-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bölgələrə səfəri çərçivəsində Zərdab rayonunda olub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, M.Vəliyeva Zərdab rayonu Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseydə yaradılan şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

Sonra 2019-2020-ci tədris ilindən rayonun ümumtəhsil məktəblərində işə başlayan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə M.Vəliyeva məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb, həmçinin müəllim peşəsinə marağın artmasından və müəllim əməyinə verilən dəyərdən danışıb.

Nazir müavini çıxışının sonunda müəllimlərə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Görüş iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti