“Elə artistlər var ki, toya 10-14 min manata gedir” - Deputat

“Elə artistlər var ki, toya 10-14 min manata gedir” -  Deputat
  14 Noyabr 2019    Oxunub:2104
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə toxunub.
Azvision.az -ın məlumatına görə, deputat bildirib ki, video çəkilişlər edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir.

“Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu nə dərəcədə ədalətli vergidir? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti