Qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib - VİDEO+FOTO

  14 Noyabr 2019    Oxunub : 1135
 Qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib - VİDEO+FOTO
Azərbaycan Ordusunun əməliyyat təlimində qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əməliyyat təliminin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilən məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.







Azvision.az

Teqlər: MN   Təlim