Qızı “novastroyka”da, özü isə “Qocalar evi”ndə qalır - VİDEO

  Qızı “novastroyka”da, özü isə “Qocalar evi”ndə qalır -    VİDEO
  18 Noyabr 2019    Oxunub:9733
86 yaşlı Gülsüm Tağıyeva Bilgəhdə yerləşən Sosial Xidmət müəssisəsinin sakinlərindən biridir. O, qızı dünyasını dəyişəndən sonra “Qocalar evi”nə üz tutub. Dediyinə görə, kürəkəni ilə bir evdə qalmaq istəməyib. Bu səbəbdən Sosial Xidmət müəssisəsinə gəlib.
G.Tağıyevanın digər qızı isə Bakıda yaşayır: "Qızım 19-cu mərtəbədə qalır. Hündür yerdə yaşaya bilmirəm. Qızım onun yanına getməyimi istəyir. Mənə bura daha rahatdır. Artıq 6 ildir müəssisədəyəm. Hər bir şəraitim var, heç nədən narazılığım yoxdur. Onsuz da qızım tez-tez yanıma gəlir, görüşük".

Gülsüm Tağıyevanın Azvision.az -a video müsahibəsini təqdim edirik:



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Qocalar-Evi   Bilgəh   Qadın  





Xəbər lenti