İlin futbolçuları - SƏSVERMƏ

İlin futbolçuları - SƏSVERMƏ
  14 Dekabr 2013    Oxunub:1419
“World Soccer” jurnalı Kriştianu Ronaldunu ilin futbolçusu elan etdi.
Madridin “Real” komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “World Soccer” jurnalının versiyasına görə 2013-cü ilin ən yaxşı futbolçusu hesab edildi.
AzVision.az xəbər verir ki, jurnalistlər və ekspertlər arasında keçirilən səsvermənin yekunlarına görə Ronaldu “Barselona”nın argentinalı hücumçusu Lionel Messini və Münxenin “Bavariya” komandasının fransalı yarımmüdafiəçisi Frank Riberini geridə qoyub.

Ronaldu 1075 xal, Messi 926, Riberi isə 870 xal toplayıb. Sonrakı yerləri “PSJ”nin hücumçusu Zlatan İbrahimoviç (658), “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben (324) və “Barselona”nın hücumçusu Neymar (286) tutur.

Bu nəşrin versiyasına görə “Bavariya”nın keçmiş baş məşqçisi Yupp Haynkes ilin məşqçisi, Münxen klubu isə ilin ən yaxşı komandası hesab edilib.

“World Soccer” jurnalı 1982-ci ildən bəri hər il ən yaxşı futbolçunu müəyyən edir. Lionel Messi üç dəfə (2009, 2011 və 2012-ci illərdə) bu mükafata layiq görülüb. Ronaldu 2008-ci ildə laureat olub.


Teqlər:





Xəbər lenti