Təhsil şöbələrinin müdirləri hesabat veriblər
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbirdə Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatlar barədə fikirlərini bildirib. O, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, prioritet fəaliyyət istiqamətlərindən söz açıb.
Sonra qeyd edilən rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Məhəbbət Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi məsələlərindən, təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən danışıb.
Təkliflər dinlənilib, suallar cavablandırılıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif olunublar.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi