Metroda gediş haqqı 1 dolları keçəcək

  14 Dekabr 2013    Oxunub : 594
Metroda gediş haqqı 1 dolları keçəcək
Rusiyada yeni ildən metroda gediş haqqı 1 dolları keçəcək.
Moskva metropolitenində 2014-cü il yanvarın 1-dən 40 rubla (1,21 dollar) qalxacaq. Tramvay, avtobus və trolleybuslar da gedişin qiyməti qalxacaq.


AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Moskva merinin müavini Maksim Liksutov bildirib. Hazırda Moskva metrosunda bir gedişin qiyməti 30 rubldur (0,91 dollar).

Artım ictimai nəqliyyatın başqa növlərini də əhatə edəcək. Liksutovun sözlərinə görə, tramvay, avtobus və trolleybuslar da gedişin qiyməti qalxacaq və 35 rubla (1,06 dollar) bərabər olacaq. Hazırda bu nəqliyyat növlərində gedişin qiyməti 25 rubldur (0,76 dollar).

Teqlər: