Polislər üçün yaddaş kitabçası hazırlandı

Polislər üçün yaddaş kitabçası hazırlandı
  23 Noyabr 2019    Oxunub:1890
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd polis əməkdaşlarının bələdiyyə seçkilərindəki fəaliyyətinin daha da təkmilləşdirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.

Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövrü, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti