Azərbaycanlı biznesmen Belarusun Fəxri ordeni ilə təltif edilib

 Azərbaycanlı biznesmen Belarusun Fəxri ordeni ilə təltif edilib
  23 Noyabr 2019    Oxunub:3547
Belarus Respublikası Prezidentinin fərmanı ilə “Ulu Göyçə” tikinti-investisiya şirkətinin direktoru Vasif İsmayılov bu ölkənin Fəxri ordeni ilə təltif edilib.
Belarus Respublikasının Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, azərbaycanlı biznesmen bu yüksək dövlət mükafatına Belarus ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafına sanballı şəxsi töhfəsinə görə layiq görülüb.

Vasif İsmayılov ofis-işgüzar, ticarət-əyləncə və çoxfunksiyalı mərkəzlərin yaradılması, mənzil tikintisi sahəsində böyük investor və uğurlu biznesmen kimi tanınıb. 2019-cu ilin mayında ona “Mogilyovşinada ilin adamı” fəxri adı verilib, elə həmin ilin iyulunda o, illik “İş adamı” müsabiqəsinin “Belarus bazarında xarici markanın yüksək standartının dəstəklənməsinə görə” nominasiyasında laureatı olub.

O, Minskdə, Mayakovski və Aranski küçələrinin kəsişməsində inşa edilmiş, Azərbaycan Ticarət Evinin yerləşdiyi çoxfunksiyalı kompleksin - “Abşeron” biznes mərkəzinin, habelə Mogilyov şəhərində çoxfunksiyalı kompleksin və s. investorlarından biridir. 2013-cü ildə onun başçılıq etdiyi şirkət Belarusun Azərbaycandakı səfirliyinin binasını inşa edib.

Azvision.az



Teqlər: Belarus   Səfirlik  





Xəbər lenti